Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyada 1 milyon insanın qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılacağını təkzib edib.
7NEWS.Az TASS-a istinadən xəbər verir ki, o bu barədə yayılan xəbərləri yalan adlandırıb.
"Novaya qazeta. Avropa” qəzeti səfərbərlik haqqında qərarın qapalı 7-ci bəndində Rusiyadan 1 milyon insanın hərbi xidmətə çağırılacağını iddia etmişdi.
7NEWS.Az








