"Türk axını” qaz kəmərində təxribat törətməyi planlaşdıran diversantlar saxlanılıb və həbs edilib.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Onlar artıq "Türk axını"na da müdaxilə ediblər. Təxribatçılar ələ keçirilib , bir neçə nəfər həbs edilib, onlar bizim ərazimizdə bizim obyektimizi partlatmaq istəyiblər", - deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov bildirib ki, bu, funksional vəziyyətdə olan, tam yüklənmiş, saat kimi işləyən marşruta müdaxilədir. O, həmçinin qeyd edib ki, bu işdə müəyyən qüvvələrin əli var:
"Putin bu qüvvələrin mümkün mənşəyi ilə bağlı eyhamlar vurub. Bu eyhamları şərh etmək sizin ixtiyarınızdadır", - deyə Kreml sözçüsü əlavə edib.
7NEWS.Az








