RU
Kreml: Vaşinqtonun Kiyevə müasir HHM sistemləri verməsi məqsədlərimizi dəyişməyəcək
18:10
35

Kreml: Vaşinqtonun Kiyevə müasir HHM sistemləri verməsi məqsədlərimizi dəyişməyəcək

G7 ölkələrinin sammit öncəsi əhval-ruhiyyəsini Kreml yaxşı bilir, qarşıdurma davam edəcək.

7NEWS.Az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Vaşinqton bundan sonra da hər şeydə Moskvanı günahlandırmağa davam etmək və Kiyevin cinayətlərinə fikir verməmək niyyətindədir.

"Rusiya ABŞ-dan Kiyevə silah tədarükünü davam etdirmək niyyətləri barədə siqnallar görür və bu, münaqişəni Ukrayna üçün daha ağrılı edir”, - Kremlin sözçüsü vurğulayıb.

Peskov Birləşmiş Ştatların Ukraynadakı münaqişəyə daxil olduğunu və bunun adi gözlə göründüyünü də qeyd edib: "Vaşinqton tərəfindən Kiyevə müasir Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin tədarükü Rusiya Federasiyasının məqsədlərini dəyişməyəcək. Xüsusi hərbi əməliyyat zamanı qarşıya qoyulan məqsədlərə operativ və effektiv nail olmaq Moskva üçün vacibdir”.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ