RU
KTMT Kəlbəcərdə baş verənlərə münasibət bildirib
20:10
429

KTMT Kəlbəcərdə baş verənlərə münasibət bildirib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən ciddi narahat olduqlarını bildirib.

Bu barədə təşkilatın saytındakı açıqlamada qeyd olunub.

 

"Bölgədəki gərginliyin artması ciddi narahatlığımıza səbəb olur, bu, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 Noyabr 2020-ci il tarixli bəyanatında təsbit edilmiş üçtərəfli formatlı razılaşmaların həyata keçirilməsinə mənfi təsir göstərə bilər”, - KTMT-nin yaydığı açıqlamada vurğulanır.

Stanislav Zas həmçinin güc tətbiqinin qəbuledilməz olduğunu qeyd edərək Rusiya Federasiyasının bölgədəki vəziyyəti sabitləşdirməyə yönəlmiş səylərini alqışladığını açıqlayıb./oxu

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ