Kollektiv Təhlükəsizlik Mmüqaviləsi Təşkilatının (KTMT) Ermənistan, Tacikistan və Qırğızıstandan ibarət sülhməramlılarının bölmələri Qazaxıstanın Almatı şəhərini tərk ediblər.
7News.Az HİT.az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Qeyd edək ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il yanvarın 6-da qəbul edilmiş qərarına uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün Təşkilatın Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstana göndərilib. Qrupa Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin bölmələri daxil idi.








