RU
Kubada minə yaxın etirazçı aksiya keçirdi
22:10
430

Kubada minə yaxın etirazçı aksiya keçirdi

Kubada yüzlərlə sakin dövlət əleyhinə etirazlarını bildirmək üçün aksiya keçirib.

Aksiya zamanı etirazçılar hökumət və ölkə Prezidenti əleyhinə şüarlar səsləndiriblər. 

Etirazlar iyulun 11-i səhər saatlarında San-Antonio-de-los-Banyos və Palma-Soriano şəhərlərində başlayıb. Bu şəhərlərdə aksiyalarda yüzlərlə şəxs iştirak edib.

 

Ölkədə internet hər kəs üçün əlçatan olduğundan aksiya barədə xəbər paytaxtın hər yerinə və digər yaşayış məntəqələrinə yayılır. Bu ərazilərdə isə minə yaxın şəxs küçələrə axışıb.

Hadisə şahidlərinin sözlərinə görə, bununla da Kubada 1994-cü ildən bu yana ən böyük aksiya keçirilir.

Aksiyalar zamanı polis və etirazçılar arasında qarşıdurmalar da yaranıb.

Qeyd edək ki, Kuba Prezidenti Diaz-Canel ölkədə son günlər koronavirusa yoluxma hallarının artması səbəbilə dərman və elektrik enerjisi çatışmazlığının yaşandığını qəbul etmişdi. O, həmçinin mövcud vəziyyətdə evdə qalmağın daha doğru qərar olduğunu demişdi. 

Pandemiya səbəbindən iqtisadiyyatı daha da pisləşən Kubada əhali dərman çatışmazlığı yaşayır və bəzi həyati vacib məhsulları əldə etməkdə çətinliklərlə üzləşir.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ