Son 2 həftə ərzində Kubanın 6 yüksək rütbəli hərbçisi dünyasını dəyişib.
"Qafqazinfo” TASS-a isitnadən xəbər verir ki, bu barədə Kubanın Dövlət Televiziyası məlumat yayıb. Ölənlərdən biri 1950 ci illərdə Fulhensio Batista rejiminə qarşı mübarizə aparan Hilberto Antonio Karderodur. Onun cəsədi tibbi ekspertizaya göndərilsə də, ölüm səbəbi açıqlanmayıb.
İYULUN 18-DƏ ISƏ RƏSMI ŞƏKILDƏ 5 HƏRBÇININ ÖLÜMÜ ELAN EDILIB. BUNLAR KUBA ORDUSUNUN ŞƏRQ BÖLMƏSININ RƏISI, GENERAL-MAYOR AUQUSTIN PENYI, BRIQADA GENERALI MARSELO, VERDESI PERDOMO, KUBA PARLAMENTININ DEPUTATI, GENERAL-MAYOR RUBEN MARTINEZ PUENTE, GENERAL MANUEL EDUARDO LASTRES VƏ BRIQADA GENERALI ARMANDO ÇOYA RODRIQESDIR. HƏRBÇILƏRIN ÖLÜM SƏBƏBI AÇIQLANMIR.








