Kür çayının Yevlax rayonunun Varvara qəsəbəsinin ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, rayonun Duzdaq qəsəbə sakini, 28 yaşlı Nəsib Maarif oğlu Nəsiblidir. Onun çayda çimərkən batdığı bildirilir.
Hazırda onun axtarışları davam edir.
7News.Az








