RU
Lalə Azərtaş şou nümayəndələrini SƏRT TƏNQİD ETDİ
15:10
397

Lalə Azərtaş şou nümayəndələrini SƏRT TƏNQİD ETDİ

Tanınmış aparıcı Lalə Azərtaş "İnstagram" səhifəsində bəzi şou nümayəndələrinə müraciət ünvanlayıb.

"Biz qələbəyə kökləndiyimiz üçün qalib olduq.Ermənilərə şəhid verdiyimizlə bağlı kədərimizi göstərə bilməzdik.

Burdan üzümü tuturam şou biznesin nümayəndələrinə.Düzdür Qələbəmizə mən də sevindim və əl qaldırıb oynadım, bu öz yerində.Amma unutmayaq ki, ən sonuncu şəhidimizin 40-ı dekabrın sonunda çıxır.

Açıq saçıq şəkillər, gülüş dolu paylaşımlar etməyin. Bu heç də xoş qarşılanmır. Kimə lazımdır sizin ikili şəkilləriniz?

Gəlin bir az səbr edək.Heç olmasa dekabrın sonuna qədər, ən sonuncu şəhidimizin 40-ı çıxana kimi.Bu gün ən ümdə məsələmiz Zəfəri, Qələbəni qanı ilə qazanan oğullarımızdır. Biz, 40 gün onların yasını saxlamalıyıq.Ümidvaram ki, əksəriyyətiniz mənimlə razısınız. Heç olmasa 40 gün dözün!."/big

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ