RU
Məşhur serialın ulduzu 77 yaşında vəfat etdi
15:03
24

Məşhur serialın ulduzu 77 yaşında vəfat etdi

"Alf" (1986-1990) teleserialında "Keyt Tanner" rolu ilə geniş şöhrət qazanan amerikalı aktrisa Enn Şedin 77 yaşında vəfat edib.

Bu barədə sənətçinin yaxınları sosial şəbəkə hesablarında məlumat veriblər.

Məlumata görə, aktrisa doğmalarının əhatəsində dünyasını dəyişib. Ölümün dəqiq səbəbi barədə hələlik ictimaiyyətə məlumat verilməyib.

Şedin karyerasına 1970-ci illərdə başlasa da, ona ən böyük populyarlığı məhz "Alf" serialındakı "Keyt Tanner" obrazı qazandırıb.

Xatırladaq ki, sözügedən ekran əsəri dünyanın bir çox ölkələrində məşhurlaşıb və XX əsrin sonlarının ən tanınmış teleseriallarından birinə çevrilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ