RU
Latviya Belarusla sərhəddə fövqəladə vəziyyət elan edir
20:30
354

Latviya Belarusla sərhəddə fövqəladə vəziyyət elan edir

Latviya hökuməti yekdilliklə Belarusla sərhəddə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı qərara gəlib. 

Bu haqda məlumatı ölkənin daxili işlər naziri Mariya Qolubeva açıqlayıb.

Onun sözlərinə görə, fövqəladə vəziyyətin elan olunmasına səbəb qanunsuz miqrant sayının qəfil artmasıdır. 

 

"Sərhədin möhkəmləndirilməsi dərhal başlayır”, - deyə M. Qolubeva öz tvitter hesabında yazıb.

Latviyanın Müdafiə Nazirliyi sərhədin qorunması üçün kömək göstərməyə hazır olduğunu bildirib. 

Bununla yanaşı, Latviyanın Dövlət Sərhəd Mühafizəsinin rəhbəri Quntis Puyaçın verdiyi məlumata əsasən, ötən sutka ərzində Latviya ilə Belarus sərhədində təqribən 200 qanunsuz miqrant saxlanılıb.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ