RU
Latviya fövqəladə vəziyyətin müddətini uzatdı
16:08
25

Latviya fövqəladə vəziyyətin müddətini uzatdı

Latviya Belarus üzərindən gələn qeyri-qanuni mühacirlərə tətbiq etdiyi fövqəladə vəziyyətin müddətini fevralın 10-dək uzadıb.

7NEWS.az xəbər verir ki, Latviya hökumətinin ölkənin şərq sərhədində yerləşən Ludza, Kraslava, Auqsdauqava və Dauqavpils bələdiyyələrini əhatə edən fövqəladə vəziyyət rejimi noyabrın 10-da başa çatmalı idi. Latviya Ədliyyə Nazirliyinin etirazına baxmayaraq, qərarın müddəti fevralın 10-dək uzadılıb. Latviya-Belarus sərhədində qeyri-qanuni immiqrasiyanın qarşısının alınması qərarı Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilib. Artıq Rusiya ilə qonşu olan ölkənin sərhədyanı yaşayış məntəqələrində də fövqəladə vəziyyət davam edir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ