Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq.
7News.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, Azərbaycanın XİN başçısı Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüş keçirəcək.
"Bu gün burada bizim erməni həmkarımız Ararat Mirzoyan ilə üçtərəfli görüş keçirmək, prezidentlərimizin son il yarım ərzində qəbul etdiyi üç üçtərəfli bəyanatların necə həyata keçirildiyini görmək üçün yaxşı imkanımız var”, - S.Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.








