"Rusiya ilə Ukrayna arasında danışıqlar Kiyevin bu prosesdən çəkildiyi üçün davam etmir".
7NEWS.Az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. İki ölkə arasında aparılan danışıqlarda ABŞ və İngiltərənin rəhbər rol oynadığını müdafiə edib:
"Bizdə müxtəlif kanallar vasitəsilə Vaşinqton və Londonun ukraynalı müzakirəçilərə rəhbərlik etdiyi və hətta bu ölkələrin nümayəndələrinin də Ukrayna ərazisində olması barədə məlumat var".
Lavrov Ukraynanın verdiyi mesajlarla reallıq arasında fərq olduğunu və bu ölkənin müstəqil düşüncəyə malik olmadığını ifadə edib:
"Kiyev rejimi hər fürsətdə öz ölkəsində baş verənlərdən danışır, onların anti-Rusiya tərəfdarı olmadıqlarından və ölkələrində neonasistlərin olmadığından danışır. Nə deyirlər desinlər, təbii ki, müstəqil deyillər”.
Qərbin Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməyəcəyini müdafiə edən Lavrov, Qərbin Ukraynaya ehtiyacı olmadığını bildirib.
7NEWS.Az








