RU
Lavrov və Moskva meri Dumadakı mandatlarından imtina ediblər
19:17
21

Lavrov və Moskva meri Dumadakı mandatlarından imtina ediblər

Rusiya xarici işlər naziri Sergey Lavrov və Moskva meri Sergey Sobyanin Dövlət Dumasındakı mandatlarından imtina ediblər.

Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasından bildirilib.

Qeyd olunub ki, parlament seçkilərində qalib elan olunan Vahid Rusiya Partiyasından namizədlər siyahısına rəhbərlik edən Sergey Lavrov, Sergey Sobyanin, Anna Lvova-Belova və hərbi jurnalist Yevgeni Poddubnıy Dumadakı mandatlarından imtina ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ