RU
InvestAZ PRO yeni kampaniya filmini təqdim edib!
18:22
19

InvestAZ PRO yeni kampaniya filmini təqdim edib!

23 sentyabr 2026-cı ildə "Invest-AZ İnvestisiya Şirkəti” QSC InvestAZ PRO tətbiqinə həsr olunmuş yeni kampaniya filmini təqdim edib.
Media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə kampaniyanın kreativ konsepsiyası və əsas mesajı təqdim olunub, daha sonra filmin ilk nümayişi baş tutub.
InvestAZ PRO kampaniyasının filmində karate üzrə beşqat dünya çempionu və Olimpiya mükafatçısı Rafael Ağayev, Everest zirvəsini fəth edən alpinist Vəfa Musayeva və tamblinq gimnastikası üzrə ikiqat dünya çempionu Tofiq Əliyev yer alıb.
Üç fərqli idman sahəsini təmsil edən qəhrəmanların hekayələri vahid ideya ətrafında birləşir: uğurlu nəticə düzgün qərar, hazırlıq, dəqiqlik və nəzarətdən başlayır. Kampaniya bu yanaşmanı investisiya dünyasına daşıyaraq "Pro” anlayışını yalnız təcrübə deyil, qərarlara peşəkar yanaşma kimi təqdim edir.
Bu yanaşma InvestAZ PRO tətbiqinin əsas vədi ilə tamamlanır: müxtəlif maliyyə bazarları -  bir hesab, tam nəzarət. İstifadəçilər platforma vasitəsilə bazarları real vaxtda izləyə, müxtəlif maliyyə alətləri üzrə əməliyyatlar həyata keçirə, hesab və vəsaitlərini vahid platformadan idarə edə bilərlər. Tətbiqdə demo hesab vasitəsilə strategiyaları real vəsait olmadan sınamaq da mümkündür.
InvestAZ PRO tətbiqini App Store və Google Play-dən yükləmək mümkündür.
InvestAZ haqqında
"Invest-AZ İnvestisiya Şirkəti” QSC (Lisenziya № 087986) Azərbaycanda investisiya xidmətləri göstərən lisenziyalı investisiya şirkətidir. Şirkət müştərilərinə investisiya xidmətləri, analitik məlumatlar və peşəkar dəstək təqdim edir.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ