RU
Pezeşkian: İqtisadi müharibə raketlərin atıldığı müharibədən daha çətindir
16:18
22

Pezeşkian: İqtisadi müharibə raketlərin atıldığı müharibədən daha çətindir

Düzgün idarəetmə ilə qonşularla ticarət və ixrac da qaydasına düşəcək.

Bunu İran Prezidenti Məsud Pezeşkian bu gün Kapital Bazarının illik konfransında çıxışı zamanı deyib. O, ölkənin iqtisadi fəallarına təşəkkürünü bildirib düşmənin İranda qıtlıq yaranacağını və bazarlarda mal çatışmazlığı olacağını gözlədiyini qeyd edib.

Pezeşkianın sözlərinə görə, mövcud şəraitdə bütün amillər ölkədə qıtlığa və bazarlarda problemlərə səbəb olmalı idi, lakin belə bir vəziyyət yaranmayıb və istehsal prosesi davam edir.

İrana qarşı aparılan iqtisadi müharibəyə toxunan prezident bunun səssiz müharibə olduğunu və raketlərin atıldığı, dağıntıların baş verdiyi müharibədən daha çətin olduğunu bildirib.

Pezeşkian hökumətin qış mövsümündə enerji təchizatını idarə etmək planlarına da toxunub. O, ilk növbədə qışda fasilələrin qarşısını almaq üçün qaz, elektrik enerjisi və istehsalın ehtiyac duyduğu digər enerji resurslarının düzgün idarə edilməsinə çalışdıqlarını deyib.

İran Prezidenti ölkənin qaz infrastrukturuna dəyən zərər nəticəsində enerji təchizatındakı balanssızlığın daha da dərinləşdiyini bildirib. Onun sözlərinə görə, əvvəllər də enerji balansında problemlər mövcud olub, hazırda isə qaz istehsalı gücü hədəfə alındığından vəziyyət daha da çətinləşib. Pezeşkian qışda problemlərin yaranmasının gözlənildiyini, lakin hökumətin bu çətinlikləri aradan qaldırmaq üçün planlaşdırma apardığını vurğulayıb.

O, qonşu ölkələrlə ticarətin inkişafı və mövcud maneələrin aradan qaldırılmasının vacibliyini də qeyd edib: "Düzgün idarəetmə olsa, qonşularla ticarət və ixrac da qaydasına düşəcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ