RU
Xarkovda yaşayış binasına dron hücumu nəticəsində 11 nəfər xəsarət alıb
12:30
44

Xarkovda yaşayış binasına dron hücumu nəticəsində 11 nəfər xəsarət alıb

Ukraynanın Xarkov vilayətinin Soloniçevka qəsəbəsində beşmərtəbəli yaşayış binasına pilotsuz uçuş aparatı ilə hücum nəticəsində 11 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.

Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində binada 250 kvadratmetr sahədə yanğın baş verib. Yanğın binanın dördüncü və beşinci mərtəbələrindəki mənzilləri, eləcə də texniki mərtəbənin bir hissəsini əhatə edib.

Xarkov vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov xəsarət alan uşaqların 12 və 14 yaşlı oğlanlar olduğunu açıqlayıb.

Hücum nəticəsində digər çoxmərtəbəli və fərdi yaşayış evlərinə, bağ evlərinə, eləcə də minik avtomobillərinə də ziyan dəyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ