Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı M. Zöhrabzadə saxlanılıb. Onun üzərindən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.








