İran ABŞ-yə məxsus pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun məlumatına görə, ABŞ ordusuna məxsus "MQ-9" tipli PUA Hörmüz boğazı üzərində vurulub.
Bildirilib ki, pilotsuz uçuş aparatı İranın yeni nəsil hava hücumundan müdafiə sistemi tərəfindən aşkar edildikdən sonra məhv edilib.
İran tərəfinin açıqlamasında bu hadisənin həmin tipli ABŞ PUA-larının vurulması ilə bağlı sayca 58-ci hal olduğu qeyd edilib.








