Oman sahillərində ikinci tanker naməlum mərmi ilə vurulub.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, hadisə Oman sahillərində, Xasab limanından 17 dəniz mili (təxminən 31 kilometr) şərqdə qeydə alınıb. Tankerin mühərrik bölməsinə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
UKMTO daha əvvəl Xasabdan 11 dəniz mili (20 kilometr) şimalda başqa bir insident barədə məlumat yayıb. Həmin hadisədə Hörmüz boğazından çıxan tanker naməlum mərmi ilə arxa hissəsindən vurulub.
***
12.50
Omanın Khasab limanı yaxınlığında Hörmüz boğazından çıxan tanker naməlum mərminin zərbəsinə məruz qalıb.
Bu barədə "Reuters" agentliyi Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinə (UKMTO) istinadən məlumat yayıb.
UKMTO-nun məlumatına görə, hadisə Khasab şəhərindən təxminən 11 dəniz mili şimalda baş verib. Naməlum mərmi tankerin arxa hissəsinə dəyib.
Reuters-in məlumatında gəminin adı və onun hansı ölkəyə məxsus olduğu açıqlanmır.








