Rusiyanın Saratov şəhərində evinin qarşısında güllələnərək qətlə yetirilən azərbaycanlı iş adamı Ceyhun Cəfərovun cənazəsi Azərbaycana gətirilir.
İş adamı Azərbaycanda atasının qəbrinin yanında dəfn olunacaq.
Biznesmenlə vidalaşmaq üçün evinin qarşısına 150-yə yaxın insan toplaşıb. Onların arasında Saratov keçmiş rəhbəri Valeri Sarayev və regionun mədəniyyət naziri Vladimir Barketov da var.
Xatırladaq ki, 55 yaşlı tikinti şirkətinin rəhbəri Ceyhun Cəfərov oktyabrın 24-də evinin qarşısında maşınından düşərkən ürəyindən vurularaq qətlə yetirilib.
Qeyd edək ki, bütün qohumları Saratovda yaşadığı üçün daha əvvəl biznesmeninin burada dəfni nəzərdə tutulmuşdu./qafqazinfo

7news.Az








