Yağan intensiv yağışlar Lənkəranda ciddi fəsadlar törədib.
Lənkəran çayının daşması səbəbindən Sütəmordov kəndində onlarla evi su basıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 10-a yaxın ailənin təxliyəsi həyata keçirilir.
Hazırda ərazidə yağıntının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür./apa
7news.Az








