Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur.
Bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb.
Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dolu müşahidə olunub.
Hazırda bölgədə yağışlı və küləkli hava şəraiti davam edir.








