RU
Leyla Əliyeva: IDEA daha sağlam və yaşıl gələcəyin yaradılması üzərində işləyir
15:48
78

Leyla Əliyeva: IDEA daha sağlam və yaşıl gələcəyin yaradılması üzərində işləyir

IDEA İctimai Birliyi milyonlarla ağacın əkilməsi, uşaqlar üçün təhsil proqramları, mastr-klassların keçirilməsi, su və havanın çirklənməsi problemləri barədə məlumatlılığın artırılması, sənədli filmlərin və sərgilərin yaradılması da daxil olmaqla bir çox təşəbbüslər həyata keçirib.

Bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yeni şəhər gündəliyinə həyat vermək: dayanıqlı şəhərlər üçün havanın keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası" adlı tədbirin iştirakçılarına müraciətində bildirilib.

Onun sözlərinə görə, təşkilat şəhərləri insanlar və təbiət üçün daha komfort hala gətirməklə şəhər mühitinin yaxşılaşdırılması üzərində işləyir:

"IDEA həyətləri bütün nəsillərdən olan insanlar üçün daha yaşıl və əlçatan ictimai məkanlara çevirir, onları təmiz havada daha çox vaxt keçirməyə və təmiz hava ilə nəfəs almağa təşviq edir. Daha dayanıqlı məhəllələrin formalaşdırılması üçün yaşayış ərazilərində yaşıl divarlar qurulur. Təşkilat velosipedlərdən istifadəni həvəsləndirərək dayanıqlı nəqliyyatı fəal şəkildə təbliğ edir. Həmçinin sahillərin təmizlənməsi və təkrar emal üçün plastik tullantıların toplanması üzrə kampaniyalar keçirilir", - L.Əliyevanın müraciətində bildirilib.

Leyla Əliyeva həmçinin qeyd edib ki, IDEA 120 tondan çox tullantı toplayıb:

"Bu və digər səylər sayəsində IDEA daha sağlam və "yaşıl gələcək" yaratmağa, eləcə də gənc nəsildə ekoloji məsuliyyətin möhkəm əsasını formalaşdırmağa çalışır".
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ