Liviyada dekabrın 24-nə təyin olunan prezident və parlament seçkiləri təxirə salına bilər.
Bu barədə "Sky News Arabia” telekanalı məlumat yayıb.
Bildirilib ki, ölkənin qanunverici orqanının Nümayəndələr Palatası seçkilərin təyin olunan vaxtda keçirilməsinin mümkün olmadığını açıqlayıb.
Ali Seçki Komissiyası isə prezident seçkisinin 2022-ci il yanvarın 24-də keçirməyi təklif edib. Hələ ki Liviyanın keçid Milli Razılıq Hökuməti məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, ölkədə baş verən silahlı qarşıdurma siyasi kampaniyanın keçirilməsinə problem yaradıb./report
7NEWS.Az








