Ölkədə və xaricdə qan donorluğunu təbliğ edən eyni zamanda uşaq ölümünə qarşı mübarizə aparan Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov millət vəkili seçilmək üçün namizədliyini irəli sürəcəyini açıqlayıb.
7News.Az saytının məlumatına görə Fuad Əsgərov sağlamlıq məhdudiyyətli insanları eyni zamanda sosial qayğıya ehtiyacı olan kasıb təbəqəni parlamentdə təmsil etmək məqsədi ilə öz namizədliyini irəli sürəcəkdir.
Qeyd edək ki, Fuad Əsgərov İrsi qan xəstəliyi olan hemofiliyadan əziyyət çəkir və 20 ilə yaxın bir zamanda ölkə ilə bərabər dünya üzrədə qan donorluğunun inkişafı istiqamətində beynəlxalq layihələrin müəllifidir.
7News.Az








