RU
Lukaşenko azərbaycanlı məmurları mükafatlandırdı
20:33
553

Lukaşenko azərbaycanlı məmurları mükafatlandırdı

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovu və "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyevi "Şərəf" ordeni ilə təltif edib.

Onlar bu yüksək mükafata Belarus və Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin inikişafına və möhkəmləndirilməsinə əhəmiyyətli töhfələrinə görə layiq görülüblər.

Belarusun dövlət başçısı müvafiq fərmanı oktyabrın 22-də imzalayıb./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ