2014-cü il referendumundan sonra Krım de-fakto və de-yure Rusiyanın oldu.
7NEWS.Az-ın xəbərinə görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko RİA "Novosti”yə müsahibəsində bildirib.
"Biz hamımız başa düşürdük ki, Krım faktiki olaraq Rusiyanındır. Referendumdan sonra isə Krım de-yure də Rusiyanın oldu”, - A. Lukaşenko vurğulayıb.
O, Krıma səfər edəcəyini də qeyd edib.
Belarus Prezidenti bu səfərin Krımın Rusiyanın tərkib hissəsi kimi tanınması anlamı daşıyacağını söyləyib.
7NEWS.Az








