Belarusun ölkə başçısı Aleksandr Lukoşenko prezident vəzifəsindən gedəcəyini söyləyib.
O bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Gedəcəyi tarixlə bağlı suala gəlincə isə o belə deyib: "Nə vaxt gedəcəyimi soruşmayın. Çox tezliklər..."
Lukoşenko bildirib ki, özündən sonra gələcək prezidentin kim olması barədə qərarı yalnız Belarus xalqı verəcək.
"Bu, həqiqətən belədir. Xalq kimi seçəcəksə, o da prezident olacaq", - deyə o əlavə edib./olke
7NEWS.Az








