RU
Macarıstanda Moldovaya məxsus nəqliyyat vasitələri qəza törədib, 8 nəfər ölüb
13:00
27

Macarıstanda Moldovaya məxsus nəqliyyat vasitələri qəza törədib, 8 nəfər ölüb

Macarıstanda ölümlə nəticələnən yol qəzası baş verib.

"24.hu” saytının xəbərinə görə, yol qəzası bu gün Budapeştdən təxminən 122 kilometr qərbdə, Dyor şəhəri yaxınlığında qeydə alınıb

Belə ki, Macarıstanın qərbində avtomobil yolunda yük maşını tikinti texnikası ilə toqquşub. Daha sonra isə 9 nəfərin olduğu mikroavtobus yol kənarında qəzaya uğramış yük maşınına çırpılıb.

Polisin məlumatına görə, baş vermiş yol qəzalarında ümumilikdə 8 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bildirilir ki, qəzaya uğrayan yük maşını və mikroavtobusun dövlət nömrə nişanları Moldovaya aid olub.

Macarıstanın Baş naziri Peter Madyar "Facebook”da ölənlərin xarici vətəndaşlar olduğunu bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ