RU
Makron nüvə insidentlərinin qarşısının alınmasında AEBA-nı dəstəkləməyə çağırıb
00:30
328

Makron nüvə insidentlərinin qarşısının alınmasında AEBA-nı dəstəkləməyə çağırıb

Fransa Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Ukraynada nüvə insidentlərinin qarşısının alınmasında səylərini dəstəkləyir.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bildirib.

"Bizim vəzifəmiz nüvə təhlükəsizliyi üçün hərbi əməliyyatların nəticələrinin qarşısını almaq üçün AEBA-nın səylərini dəstəkləməkdir”, - Makron deyib.

O xatırladıb ki, agentliyin Ukraynaya missiyası bu yaxınlarda baş tutub və bunun ardınca müstəqil hesabat hazırlanıb.

"Nəticələri fəlakətli ola biləcək nüvə insidentləri riskinin qarşısını almaq üçün birlikdə çalışaq", - Makron qeyd edib./report

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ