RU
Mask birjada çaxnaşma riski ilə bağlı çağırış edib
13:15
475

Mask birjada çaxnaşma riski ilə bağlı çağırış edib

Amerikalı sahibkar və milyarder İlon Mask birjada kütləvi çaxnaşma riski səbəbindən "barıtlarınızı quru saxlayın” deyə tövsiyə edib.

7NEWS.Az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
"Mən həqiqətən insanlara tövsiyə edərdim ki, qeyri-sabit fond bazarında marja borcları olmasın və bilirsiniz ki, pul baxımından barıtı quru saxlasınlar”, - Twitter rəhbəri deyib.

Onun sözlərinə görə, bu, "bazarın düşməsində kifayət qədər ekstremal vəziyyətə” düşməmək üçün lazımdır.

Daha əvvəl Reuters xəbər vermişdi ki, Mask iki il ərzində rəhbərlik etdiyi Tesla-nın səhmlərinin satışını dayandıra bilər.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ