RU
lombard
MDU-da ADA Universitetinin məlumatlandırma görüşü keçirilib
21:50
671

MDU-da ADA Universitetinin məlumatlandırma görüşü keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) ADA Universitetinin əməkdaşlarının iştirakı ilə məlumatlandırma görüşü keçirilib.
7NEWS.Az xəbər verir ki, sözügedən görüşdə MDU-nun sonuncu kurs tələbələri, magistrantları və gənc əməkdaşları iştirak ediblər.
Bundan əlavə, görüşdə ADA Universiteti tərəfindən 2022/2023-cü tədris ilində magistratura səviyyəsində kadr hazırlığı aparılacaq "Təhsil üzrə menecment” və "Təlim və tədrisin təşkili və metodikası” proqramları barədə ətraflı məlumat verilib. Hər iki proqram üzrə tədrisin ADA Universitetində və ADA Universitetinin Qazax Mərkəzində əyani və distant formada təşkil ediləcəyi bildirilib.
Daha sonra, ADA Universitetinin əməkdaşları Səidə Nəbiyeva və Mahnur Abbasova təmsil etdikləri ali təhsil müəssisəsinin təqdim etdiyi təhsil imkanları haqqında danışıblar və tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.
Tədbirdən əvvəl isə MDU-nun rektoru Şahin Bayramov ilə ADA Universitetinin əməkdaşları arasında keçirilən görüşdə potensial əməkdaşlıq imkanları müzakirə olunub.

 
7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ