RU
MDU-nun riyaziyyat və İKT mütəxəsisləri Strateji Yol Xəritəsini dəyirmi masada müzakirə ediblər
11:38
711

MDU-nun riyaziyyat və İKT mütəxəsisləri Strateji Yol Xəritəsini dəyirmi masada müzakirə ediblər

Mingəçevir Dövlət Universiteti "Riyaziyyat” kafedrasında "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində Dəyirmi masa keçirilmişdir. "İKT sahəsində bilik və bacarıqların artırılması, təhsil sistemində İKT-dən istifadə” mövzusunda keçirilən dəyirmi masanı giriş sözü ilə kafedra müdiri dosent Sahib Mustafayev açıb. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə müəyyən edilmiş vəzifələrin icra edilməsi məqsədilə "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” hazırlanmışdır. 
Sahib Mustafayev qeyd edib ki, Strateji Yol Xəritəsinin hazırlanması zamanı qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan telekommunikasiyanın inkişafının dəstəklənməsi, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, beynəlxalq və yerli bazarlara yüksək keyfiyyətli və rəqabətədavamlı informasiya texnologiyaları məhsullarının çıxarılması, yüksək texnologiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb edilməsi və bu sahədə fəaliyyət göstərən subyektlər arasında effektiv koordinasiyanın qurulması kimi prioritet istiqamətlər nəzərə alınmışdır.
Sonra Mingəçevir Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov çıxış edib. Bildirib ki, Strateji Yol Xəritəsi ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişaf potensialının artırılması, iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun təkmilləşdirilməsi, İKT xidmətlərinə olan tələbin daxili mənbələr hesabına effektiv qarşılanması və dövlət sektorunun fəaliyyətində İKT-nin tətbiqi ilə səmərəliliyin daha da artırılması məqsədilə telekommunikasiya sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanmışdır. 
V.Əyyubov bildirdi ki. Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Strateji Yol Xəritəsində 2020-ci ilədək müəyyən edilmiş məqsədlərə çatmaq üçün 3 strateji hədəf və 10 prioritet müəyyən edilmişdir. İKT bacarıqlarının inkişafı və təhsil sistemində İKT-dən istifadə insanların həyat keyfiyyətini və iqtisadiyyatın məhsuldarlığını yüksəltməklə, qlobal miqyasda Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin daha da artmasına zəmin yaradır. 
Sonra kafedranın əməkdaşı tex.f.d. Almaz Əliyeva "İKT-nin təhsildə rolu” mövzusunda çıxış etdi. Bildirdi ki, təhsil sistemində İKT-dən səmərəli istifadənin təmin edilməsi üçün təhsil informasiya sisteminin formalaşdırılması müsbət nəticələr verəcəkdir. Ümumilikdə, təhsil informasiya sistemi dedikdə, əlaqəli, qarşılıqlı istifadə edilə bilən və təhsil müəssisələrində tədrisin səmərəli təşkili ilə onların daha effektiv idarə edilməsinin dəstəklənməsinə kömək edən komponentlərin məcmusu başa düşülür. Sistemin məqsədi təhsil müəssisələri arasındakı rabitə əlaqəsinin asanlaşdırılmasından, elektron hökumət üçün uyğunluğun təmin edilməsindən, sənədləşmələr zamanı kağız daşıyıcılardan mümkün qədər imtina edilərək, informasiya mübadiləsinin avtomatlaşdırılmasından ibarətdir. Bununla yanaşı, təhsil informasiya sistemi vasitəsilə təhsil müəssisələrinə qəbul, tədris materiallarının mövcudluğu və idarə edilməsi üzrə prosedurlar da daha keyfiyyətlə idarə olunur. 
Daha sonra tex.f.d., Möhübbət Əhmədov "Daha yüksək İKT bilik bacarıqlarının təmin edilməsi üçün təhsilin inkişafında StartUp layihələrinin rolu” mövzusunda çıxış edib. Qeyd edib ki, rəqəmsal təhsilin daha da inkişaf etdirilməsi ucun təhsilin butun səviyyələrində tətbiq olunan tədris proqramlarının yuksək keyfiyyətli elektron material (elektron kitablar, elektron seminarlar, acıq tədris materialları və s.) və muvafiq metodlar (distant təhsil, vebəsaslı imtahanlar və s.) əsasında təkmilləşdirilməsi nəzərdən keciriləməlidir. Müəllim və tələbələrin rəqəmsal tədris materiallarına və muxtəlif rəqəmsal avadanlıqlara əlcatanlığı təmin olunmalıdır. Bu məqsədlər ucun digər məsul dovlət qurumları ilə birlikdə rəqəmsal təhsil konsepsiyası hazırlanmalıdır. 
Möhübbət Əhmədov vurğuladı ki, sosial rifahın yuksəldilməsi məqsədilə informasiya cəmiyyəti ilə bağlı bilik və bacarıqların mənimsənilməsinə, fərdlərin bu sahədə rəqabət qabiliyyətinin yuksəldilməsinə şərait yaradılması vacib amillərdəndir. O, qeyd olunanlarla yanaşı bir sıra təkliflər də irəli sürdü.
Sonra mövzu ətrafında müzakirələrə başlanıldı. AzTeleKom MMC Mingəçevir TTQ-nin aparıcı mütəxəssisləri Babək Əsgərov, Vüqar Hacıyev, "Riyaziyyat” kafedrasının əməkdaşları f.r.f.d. Mehman Rəsulov, r.f.d. Məlahət İsmayılova, Səadət Aslanova, Mühəndislik fakültəsinin dekanı, dosent Vüqar Mustafayev müzakirələrdə çıxış etdilər. Qeyd etdilər ki, Azərbaycanda təhsil informasiya sisteminin tətbiqi ilə müxtəlif tərəflər arasında fəaliyyətlərin daha mükəmməl əlaqələndirilməsi mümkün olacaqdır. Strateji Yol Xəritəsində innovasiyaların tətbiqinin genişləndirilməsi üçün səmərəli mexanizmlərin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulur. Azərbaycanın ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə, İKT-nin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. 
Natiqlər qeyd etdilər ki, bununla yanaşı tədrisin bütün səviyyələrində İKT bacarıqları üzrə tələblər müəyyən edilməli, müvafiq təcrübələr və peşə standartları inkişaf etdirilməlidir. Məşğulluqda İKT mütəxəssislərinin payının artırılması, onların təhsil almaq imkanlarının genişləndirilməsi və İKT tədrisinin keyfiyyətinin yüksəldilməsi üçün internatura proqramlarının təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilməlidir. Bu zaman İKT vasitəsilə internet üzərindən onlayn təlimlər vasitəsilə şəxsi inkişaf və məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi diqqət ayrılmalıdır.
 
7news.Az
Görüntünün olası içeriği: 4 kişi, oturan insanlar, masa ve iç mekan
Görüntünün olası içeriği: 5 kişi, oturan insanlar ve iç mekan
Görüntünün olası içeriği: 5 kişi, oturan insanlar ve iç mekan

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ