RU
Məhərrəm Əliyev Prezidentin köməkçisi vəzifəsindən azad edildi
12:02
72

Məhərrəm Əliyev Prezidentin köməkçisi vəzifəsindən azad edildi

Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.

7News.Az bildirir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Dövlət başçısının digər sərəncamı ilə general-polkovnik Məhərrəm Abış oğlu Əliyev hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ