Bir müddət öncə 12 yaşlı Leyla Nəsibova məhkəmə qərarı əsasında ailəsi ilə
birlikdə evdən çıxarılmamasına kömək edilməsi üçün sosial şəbəkə vasitəsilə
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət
edib.
Birinci vitse-prezident onun bu müraciətinə cavab verib. Belə ki, ilkin mərhələdə
ona köməklik göstərilib, balaca Leyla və ailəsi evdən çıxarılmayıblar. Bununla bağlı
Leyla Nəsibova Birinci vitse-prezident Mehriban Əliyevaya göstərdiyi köməkilklə
bağlı daha bir video yayaraq ölkənin birinci xanımına göstərdiyi dəstəyə görə,
təşəkkür edib.
yaşlı Leyla Nəsibova həmçinin bildirib ki, video müraciətdən sonra Heydər Əliyev
Fondunun təsis etdiyi "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) nümayəndələri
onunla görüşüb və ailəsinin problemləri ilə yaxından maraqlanıblar. /azvision.az








