Meksikanın Zapopan şəhərində güclü yağışlar selə səbəb olub.
7News.Az xəbər verir ki, hadisə nəticəsində köməksiz qalan 61 nəfər qayıqların köməyi ilə xilas edilib. Şəhərdə 310 evə ciddi ziyan dəyib, 12 nəqliyyat vasitəsi isə yolda qalıb, o cümlədən şəhərin üç hissəsində bataqlıqlar əmələ gəlib və iki yerdə çökmə baş verib.








