RU
Meksikada xoruz döyüşü izləyənlərə atəş açıldı - Ölənlər və yaralananlar var
11:10
283

Meksikada xoruz döyüşü izləyənlərə atəş açıldı - Ölənlər və yaralananlar var

Meksikanın Miçoakan ştatının Sitakuaro rayonunda xoruz döyüşü zamanı kütləyə naməlum şəxslər tərəfindən atəş açılıb.

7News.Az xəbər verir ki, bu barədə "Televisa” kanalı məlumat yayıb. Bildirilir ki, silahlı şəxslər atəş açdıqdan sonra naməlum istiqamətə qaçıblar.

Hadisə nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin vəziyyəti ağırdır. Hadisənin motivləri açıqlanmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ