RU
Məktəb direktorlarına XƏBƏRDARLIQ
16:10
650

Məktəb direktorlarına XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün ümumtəhsil müəssisəsələrində buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi prosesinə başlayıb.

Mərkəzdən 7News.Az-a verilən məlumata görə, bununla əlaqədar olaraq ümumtəhsil müəssisələri "Şagird-məzun" dövlət elektron məlumat sisteminə buraxılış sinif şagirdlərinin illik qiymətlərini vaxtında, tam və düzgün daxil edib təsdiqləməlidir.

Xatırladırıq ki, İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsinə əsasən, ümumi təhsil və peşə təhsili müəssisələrinin "Şagird-məzun" dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə-vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 2 500 manatdan 3 000 manatadək məbləğdə cərimə edilir.
 
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ