RU
14:28
311

"Məktəblərdə uşaqları şikəst edirlər" - Deputat HƏYƏCAN təbili çaldı

Milli Məclisdə kitab satışına qoyulan qadağalar və şagirdlərin kitablarının ağır olması məsələsi qaldırılıb

"Metroda kitab satışı qadağan olunub. Niyə metroda kitab satışı qadağan olunub?".

Bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa söyləyib.

F. Mustafa deyib ki, hər yerdə siqaret vitrinlərə qoyularaq satılır:

"Baxmayaraq ki, qanuna görə siqaret reklamı qadağandır. Kitab siqaret deyil, niyə metroda satışı qadağan olunmalıdır?! Nəzərə alınmalıdır ki, kitab ən yaxşı maarifləndirici vasitədir".

Vitse-spiker bildirib ki: "Bakıda kifayət qədər kitab satılan mağazalar var. Şəxsən məndə 300-ə qədər kitab var, kim isətyir, pulsuz verərəm, tə ki, kitab oxuyan olsun".

Millət vəkili Aqil Abbas məktəblərə kitab dolu çantaları daşıyan uşaqların belinin şikəst olduğunu söyləyib:

"Orta məktəb uşaqlarını şikəst edirlər. Uşaqların da, anaların da beli əyilib. Biz də məktəbə getmişik. Bu nədir?! Bu işlərə bir əncam çəkmək lazımdır. Nəvələrim məktəbə gedir. Çantalarını götürə bilmirəm. Bu işlərə son qoymaq lazımdır. Xahiş edirəm, İsa müəllim, bu məsələni Təhsil Nazirliyi ilə fikirləşin!"

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, bəzi kağız materialları kitabların çəkisinin azaldılmasına kömək edə bilər:

"İnanırıq ki, bu məsələni yoluna qoymaq olar. Bu istiqamətdə iş gedir. Biz Təhsil Nazirliyi ilə bu məsələni həll edə bilərik "./sonxeber


 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ