RU
10:50
20

"Mercedes" avtomobillərində problemlər aşkarlandı

"Mercedes-Benz" şirkəti ABŞ-də 310 667 avtomobili geri çağırdığını elan edib. Buna səbəb qapının açılması sensorunda yarana biləcək nasazlıqdır. Şirkət bildirib ki, bu problem avtomobilin elektron dayanacaq tormozunun avtomatik işə düşməsinə mane ola bilər.

Bu barədə "Reuters" agentliyi ABŞ Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasına (NHTSA) istinadən məlumat yayıb.

Qərar 2019-2024-cü illərdə istehsal olunmuş A-Class, C-Class, CLA, CLE, GLA, GLB və GLC modellərinə şamil edilir.

Məlumata görə, sürücü qapısının kilidindəki mikrokeçirici korroziyaya məruz qala və qapının açıq olduğunu düzgün müəyyən edə bilməyə bilər. Bu isə elektron dayanacaq tormozunun və ya "Avtomatik parklama" funksiyasının avtomatik aktivləşməsinə mane olur. Nəticədə avtomobil öz-özünə hərəkət edə bilər.

Geri çağırma kampaniyası çərçivəsində rəsmi dilerlər təsirlənən avtomobillərdə sürücü qapısının kilidini ödənişsiz dəyişəcəklər. Bütün təmir işləri şirkət hesabına həyata keçiriləcək.

Bildirişlərin avtomobil sahiblərinə sentyabrın 18-dən etibarən göndərilməsi planlaşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ