7news.az Klinik.Media-ya istinadən xəbər verir ku, Məşhur müğənni Pəriyar Məmmədova Bakının mərkəzində fiziki zorakılığa məruz qaldığını açıqlayıb.
Müğənninin yaydığı məlumata görə, hadisə avqustun 14-də səhər saatlarında, 20 Yanvar dairəsi yaxınlığında, "Park 20” ticarət mərkəzinin girişində baş verib.
Pəriyar Məmmədova bildirib ki, tanımadığı iki nəfər əvvəlcə onun ünvanına nalayiq ifadələr işlədib. Daha sonra isə həmin şəxslər onun köməksiz vəziyyətindən istifadə edərək müğənnini döyüblər.
Hadisə nəticəsində onun alnında şiş, gözünün altında göyərmə, bədən və qollarında hematomalar, barmağında isə travma yarandığı qeyd olunur.
Müğənni hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək onu döyən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasını istəyib.
Hazırda hadisənin hansı səbəbdən baş verdiyi və şübhəli şəxslərin kimliyi məlum deyil.
Qeyd edək ki, faktla bağlı hüquqi qiymətləndirmə və araşdırmanın nəticələri məlum olduqca ictimaiyyətə əlavə məlumat verilə bilər.
7NEWS.az








