Oktay Kaynarcanın ssenaristi olduğu "Ben bu cihana sığmazam” serialının 32-ci seriyasında göstərilən Azərbaycan xəritəsi müzakirələrə səbəb olub.
7News.Az xəbər verir ki, Oktay Kaynarcanın oynadığı Cəzayir Türkün ofisində asılan xəritədə Naxçıvan Azərbaycan ərazisi kimi göstərilməyib.
Bu, serialın izləyiciləri tərəfindən etirazla qarşılanıb.









