Meksikanın paytaxtı Mexiko şəhərində bir yaşayış binasında baş verən qaz partlayışı nəticəsində azı 22 nəfər yaralanıb.
Bu barədə şəhər meriyası məlumat verib.
Partlayışda xəsarət alan 4 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Hazırda partlayış yerində təcili xidmətlər işləyir. Ölənlər barədə məlumat verilməyib./report
7NEWS.Az








