RU
Mikayıl Cabbarov:
12:06
255

Mikayıl Cabbarov: "Azərbaycanda yoxsulluq səviyyəsi dəfələrlə azalıb"

Azərbaycanda yoxsulluq səviyyəsi 10 dəfə azalıb.

7News.AzTrend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanla BMT arasında növbəti beş il üçün əməkdaşlığının prioritet sahələrinin təyin edilməsinə həsr olunmuş konfrans zamanı deyib.

Nazirin sözlərinə görə, 2001-ci ildə Azərbaycanda əhalinin 49 faizi yoxsulluq həddindən aşağıda yaşayırdı, bu gün isə bu göstərici 5 faizdən aşağıdır.

M.Cabbarov qeyd edib ki, 2016-cı ildə yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Koordinasiya Şurası 17 prioritet hədəf və 88 hədəf göstəricisi seçib: "Dayanıqlı İnkişaf Məqsədlərinin milli prioritetlərə uyğunluğunun müəyyən edilməsi üçün operativ kompleks qiymətləndirmə keçirilib və bunun nəticəsində uyğunluq 70 faiz səviyyəsində müəyyən edilib".
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ