RU
Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazirliğina start verir
22:11
55

Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti birgə kadr hazirliğina start verir

Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti arasında əldə olunmuş razılaşmaya əsasən, mühəndislik ixtisasları üzrə birgə kadr hazırlığı proqramına tələbə qəbul

elan olunur. Tərəfdaşlıq çərçivəsində regional sənayenin və əmək bazarının müasir tələblərinə cavab verən yüksəkixtisaslı mühəndis kadrların hazırlanması hədəflənir.

Birgə tədris proqramı I ixtisas qrupu üzrə iki strateji ixtisası əhatə edir:

 Energetika mühəndisliyi — 40 plan yeri

 Elektrik və elektronika mühəndisliyi — 30 plan yeri

Tədris modeli tələbələrin 3 il Mingəçevir Dövlət Universitetində, 1 il isə Azərbaycan Texniki Universitetində təhsil almasını nəzərdə tutur.

Tələbələr təhsil müddətində həm MDU-nun müasir akademik mühitindən, həm də AzTU-nun mühəndislik sahəsindəki zəngin təcrübəsi, praktiki təhsil imkanları və laboratoriya bazasından yararlanacaqlar. Təlim prosesinə hər iki ali təhsil müəssisəsinin sənaye təcrübəsinə malik peşəkar professor-müəllim heyəti və sahə mütəxəssisləri cəlb olunacaq. Tədris proqramı nəzəri biliklərlə yanaşı, sənaye müəssisələrində praktiki vərdişlərin mənimsənilməsinə xüsusi üstünlük verir.

Proqram çərçivəsində təhsil alan tələbələr mühəndislik sahəsində müasir texnologiyaları mənimsəyərək rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmaq imkanı elde edəcəklər.

 

 



 

 


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ