RU
lombard
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək
21:54
83

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək

2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə "Açıq qapı” günləri keçirilir.

Universitetdən 7NEWS.Az-a bildiriblər ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan "Açıq qapı” günləri yanvarın 6-dan başlayaraq imtahan sessiyası dövründə hər həftənin cümə axşamı (bu həftə çərşənbə günü) saat 15:00-da "Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunur.

Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə bilərlər.

Növbəti "Açıq qapı” günü yanvarın 19-da keçiriləcək.

Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ