RU
Mingəçevir Dövlət Universitetinin innovativ tələbələri
13:12
18

Mingəçevir Dövlət Universitetinin innovativ tələbələri "Türk-Forum 2026"nın finalında!


7NEWS.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin Riyaziyyat və informasiya texnologiyaları fakültəsinin tələbələri Əhəd İslamzadə, Bəyaz Bayramov və Səbinə Həsənova "Türk-Forum 2026” beynəlxalq müsabiqəsinin mühəndislik kateqoriyası üzrə final mərhələsinə vəsiqə qazanıblar!

Tələbələrimiz blokçeyn və süni intellekt texnologiyalarına əsaslanan "TransChain & Smart Logistics” innovativ layihəsi ilə Türk dünyasında logistika və ticarət əlaqələrinin rəqəmsal transformasiyasına töhfə verməyi hədəfləyirlər.

Universitetimizdə innovasiya və tədqiqat mühitinin inkişaf etdirilməsi, tələbələrimizin ideyalarının real həllərə çevrilməsi və beynəlxalq platformalarda uğurla təmsil olunması əsas prioritetlərimizdəndir.
Gənclərimizin yalnız müasir texnologiyaları öyrənən deyil, həm də yeni texnoloji həllər yaradan, innovativ təşəbbüsləri ilə fərqlənən mütəxəssislər kimi yetişməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır.

Tələbələrimizi, onların mentoru Nurlana Qasımovanı və elmi rəhbəri Aidə Mustafayevanı bu uğur münasibətilə ürəkdən təbrik edir, final mərhələsində yeni nailiyyətlər arzulayıram!

Universitetimiz Sizinlə böyüyəcək, Sizinlə yüksələcək!

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ