Rusiya qoşunları Ukraynanın qərb bölgələrində hərbi yüklərin daşınması üçün istifadə olunan dəmir yolu infrastrukturunu vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərbələr gecə saatlarında endirilib. Rusiya tərəfi hücumların Avropadan hərbi yüklərin daşınmasında istifadə olunan dəmir yolu infrastrukturuna yönəldiyini iddia edib.








